İdman · Futbolpress.az

Azərbaycan güləşçiləri üçün uğursuz gün

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan güləşçiləri üçün uğursuz gün xəbəri üçün şəkil

Azərbaycanın üç sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Futbolpress.az xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) rəqiblərinə məğlub olublar.

Ruzanna Məmmədova 1/8 final mərhələsində Çin təmsilçisi Menqyu Xieyə, Rəşid Babazadə 1/16 finalda Qırğızıstan güləşçisi Taiyrbek Zumaşbek Uuluya, Maqomedxan Maqomedov isə 1/4 finalda Bəhreyni təmsil edən Axmed Maqomed Tajudinova məğlub olub.

Rəşid və Maqomedxanın rəqibləri finala yüksələrsə, onlar sabah təsəlliverici görüşlərə qatılmaq şansı əldə edəcəklər.

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑