İdman · Apasport.az

Liqa Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Liqa Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli olub xəbəri üçün şəkil

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, 1/8 final mərhələsinin oyunlarının böyük əksəriyyəti başa çatdığından təşkilatçılar son qarşılaşmanın nəticəsini gözləmədən növbəti raundun cütlüklərini müəyyənləşdiriblər.

Belə ki, “Everton” – “Nyukasl” görüşünün qalibi 1/4 finalda “Flitvud Taun”la qarşılaşacaq.

1/4 final mərhələsinin cütlükləri:

“Flitvud Taun” – “Everton” / “Nyukasl”

“Mançester Siti” – “Bredford Siti”

“Kristal Pelas” – “Sanderlend”

“Liverpul” – “Bornmut”

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları dekabrın 14-də başlayan həftə ərzində keçiriləcək. Qaliblər yarımfinala vəsiqə qazanacaqlar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑