İdman · Apasport.az

Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat xəbəri üçün şəkil

Portuqaliyalı ulduz Kriştiano Ronaldo növbəti fərdi mükafata layiq görülüb.

Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu 2008-ci il performansına görə bütün zamanların “Qızıl top”u (“Ballon d'Or of All Time”) mükafatının qalibi seçilib.

Ronaldo mükafatı qazandıqdan sonra azarkeşlərə təşəkkür edib:

“Futbol azarkeşlərə məxsusdur. Dünyanın hər yerindəki bütün azarkeşlərə təşəkkür edirəm. Bütün zamanların ‘Qızıl top’ mükafatı həm də sizindir”.

Qeyd edək ki, Kriştiano Ronaldo 2008-ci ildə “Mançester Yunayted”in heyətində İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub. O, həmin il karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb.

Portuqaliyalı futbolçu ümumilikdə beş dəfə – 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə “Qızıl top”a sahib çıxıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑