İdman · Axar.az

Dünya futbolunun əfsanələri Bakıda bir arada olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünya futbolunun əfsanələri Bakıda bir arada olacaq xəbəri üçün şəkil

Sabah Bakıda FİFA U-15 Dünya Gənclər Çempionatı və Festivalının final matçı keçiriləcək.

Axar.az Azerisport.com-a istinadla xəbər verir ki, "Kristal Holl"da baş tutacaq həlledici qarşılaşmada dünya futbolunun bir sıra əfsanələri iştirak edəcək.

Mərasimdə FİFA prezidenti Canni İnfantino, FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina və FİFA-nın Qlobal Futbolun İnkişafı üzrə rəhbəri Arsen Vengerlə yanaşı, digər tanınmış qonaqların da iştirakı gözlənilir.

Onların arasında Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'o, eləcə də Bolqarıstan millisinin və “Barselona”nın əfsanəvi futbolçusu Xristo Stoiçkov da var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑