İdman · Bizim.Media

Arda Gülərin uşaqlıq dostu: “O dünya ulduzudur, mən isə zərgərlik mağazasında işləyirəm” – FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Arda Gülərin uşaqlıq dostu: “O dünya ulduzudur, mən isə zərgərlik mağazasında işləyirəm” – FOTO xəbəri üçün şəkil

“Real Madrid”in futbolçusu Arda Gülərin uşaqlıqda birlikdə futbol oynadığı Bahattin Akgül onun sakit xarakterindən və intizamından danışıb.

Bizim.Media xəbər verir ki, Akgül Arda ilə təxminən 7-8 ay birlikdə oynadıqlarını bildirib.

O, futbolçunun tərbiyəli, sakit və öz aləmində olan biri olduğunu deyib.

Akgülün sözlərinə görə, Arda oyunlara evdən hazırladığı yeməklərlə gəlirdi, digər uşaqlar isə restoranlara gedirdilər. Onu dəvət etsələr də, Arda onlara qoşulmurdu.

Uşaqlıq dostu Ardanın ardıcıl və intizamlı futbolçu olduğunu vurğulayaraq deyib:

“Bu gün o, dünya ulduzuna çevrilib, mən isə zərgərlik mağazasında işləyirəm”.


Bizim.Media
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑