Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv C Divizionunda Mozambik yığması ilə üz-üzə gələcək. Görüşə saat 11:30-da start veriləcək.
Cütün qalibi Kuba – Vyetnam matçının güclüsü isə qarşılaşacaq. Milli məğlub olarsa, bu komandaların uduzanı ilə qarşılaşacaq.
Azərbaycan yığması dünən 65-96-cı yerlər uğrunda mübarizənin birinci oyununda Çiliyə uduzub – 1:3. Milli daha sonra Cəbəllütariqə qalib gəlib – 5:1.





