İdman · İdman.biz

“Everton” “Nyukasl”la, “Fiorentina” “Atalanta” ilə üz-üzə: günün oyunları - AFİŞA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Everton” “Nyukasl”la, “Fiorentina” “Atalanta” ilə üz-üzə: günün oyunları - AFİŞA xəbəri üçün şəkil

Bu gün Avropa futbolunda bir sıra maraqlı qarşılaşmalar keçiriləcək. Əsas diqqət İtaliya çempionatında “Fiorentina” - “Atalanta” və İngiltərə Liqa Kubokunda “Everton” - “Nyukasl” oyunlarına yönələcək.

İdman.Biz xəbər verir ki, İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinin sonuncu qarşılaşmasında “Everton” “Nyukasl”ı qəbul edəcək. Liverpul şəhərindəki “Hill Dickinson” stadionunda keçiriləcək görüşün qalibi 1/4 finalda “Flitvud Taun”la üz-üzə gələcək.

İtaliya A Seriyasında doqquzuncu turun son iki oyunu baş tutacaq. “Fiorentina” doğma meydanda “Atalanta”nı qəbul edəcək, “Frozinone” isə “Leççe” ilə qarşılaşacaq.

Portuqaliya Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. “Braqa” “Famalikan”la, “Benfika” isə “Jil Visente” ilə qarşılaşacaq.

Türkiyə Kubokunda üçüncü mərhələnin oyunları davam edəcək. Superliqa təmsilçilərindən “Kayserispor”, “Gənclərbirliyi” və “Kasımpaşa” meydana çıxacaq.

29 oktyabrın oyun proqramı (Bakı vaxtı ilə)

İtaliya çempionatı, A Seriyası, doqquzuncu tur
21:30 “Frozinone” - “Leççe”
23:45 “Fiorentina” - “Atalanta”

İngiltərə Liqa Kuboku, 1/8 final
23:45 “Everton” - “Nyukasl”

Portuqaliya Liqa Kuboku, 1/4 final
22:45 “Braqa” - “Famalikan”
00:45 “Benfika” - “Jil Visente” (30 oktyabr)

Türkiyə Kuboku, üçüncü mərhələ
14:30 “Bitlis 1916” - “Kayserispor”
16:30 “Gənclərbirliyi” - “Karaköprü Belediyespor”
19:00 “Kasımpaşa” - “Çorluspor 1947”
21:30 “Əskişəhərspor” - “İğdır”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑