İsmail Kartalla yollarını ayıran “Fənərbağça” baş məşqçi axtarışındadır.
Futbolpress.az xəbər verir ki, namizədlər arasında əcnəbi mütəxəssis də yer alır. Bu, almaniyalı Yulian Naqelsmanndır. Bu barədə “TRT Spor” məlumat yayıb.
Klub rəhbərliyinin ilk seçimi yerli məşqçidən yanadır. Lakin namizədlərlə anlaşma əldə olunmazsa, istiqamət əcnəbiyə çevriləcək.
Son iş yeri Almaniya millisi olan Naqelsmann özü də “Fənərbağça” variantına müsbət yanaşır.
“Fənərbağça”da baş məşqçi vəzifəsini müvəqqəti Dirk Kuyt icra edir. Komanda Super Liqada 16 xalla 5-ci sıradadır.


