İdman · AZƏRTAC

“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək xəbəri üçün şəkil

Bakı, 29 oktyabr,

Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün cavab oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv səfərdə Xorvatiyanın “Mladost” (Zaqreb) klubu ilə qarşılaşacaq.

Zaqreb şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində baş tutan ilk qarşılaşmada “Turan” rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Tovuz təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın “Maritza” komandası ilə qarşılaşacaq.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑