İdman · İdman.biz

“Real” La Liqanın qərarına qəzəbləndi: Madrid klubuna fərqli münasibət

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Real” La Liqanın qərarına qəzəbləndi: Madrid klubuna fərqli münasibət xəbəri üçün şəkil

Madrid “Real”ında İspaniya La Liqasının 12-ci turunun oyun təqvimi ilə bağlı qəbul edilən qərar ciddi narazılıq yaradıb.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi və məşqçilər korpusu “Valensiya” ilə səfər matçının şənbə gününə təyin edilməsinə etiraz edir.

Məlumata görə, Joze Mourinyonun rəhbərlik etdiyi komanda bundan cəmi üç gün əvvəl - noyabrın 4-də Çempionlar Liqası çərçivəsində Afinada AEK-in qonağı olacaq. Madrid klubunda hesab edirlər ki, belə sıx təqvim şəraitində “Valensiya” ilə görüşün şənbə yox, bazar gününə keçirilməsi daha məqsədəuyğun olardı.

“Real”ın paltardəyişmə otağında da La Liqanın qərarı təəccüblə qarşılanıb. Klubda vurğulanır ki, növbəti həftə nə avrokubok, nə də İspaniya Kuboku oyunları nəzərdə tutulduğundan qarşılaşmanın bir gün sonraya keçirilməsi üçün maneə yoxdur.

Bundan başqa, Çempionlar Liqasında çərşənbə günü meydana çıxacaq digər İspaniya klublarının hamısının ölkə çempionatındakı görüşləri bazar gününə salınıb. Bu baxımdan “Real” yeganə istisna olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑