İdman · Futbolpress.az

“Dinamo”nun hücumçusuna Premyer Liqadan təklif

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Dinamo”nun hücumçusuna Premyer Liqadan təklif xəbəri üçün şəkil

Zaqreb “Dinamo”sunun və Xorvatiya milli komandasının hücumçusu Dion Belyo İspaniya və İngiltərə klublarının diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” və “Tottenhem” 24 yaşlı forvardı gələn qış transfer pəncərəsində heyətlərinə qatmaq üçün hərəkətə keçməyə hazırlaşır.

Hər iki İngiltərə təmsilçisi hazırda xorvatiyalı ulduzu yaxından izləyir və onun barəsində ətraflı məlumat toplayır. “Mançester Yunayted” rəhbərliyi hesab edir ki, Belyo komandada Benyamin Şeşko və Mateus Kunya kimi hücumçularla rəqabət apara bilər.

Cari mövsümdə möhtəşəm forma nümayiş etdirən Belyo “Dinamo”nun heyətində meydana çıxdığı 13 rəsmi qarşılaşmada 12 qol və 6 məhsuldar ötürmə ilə yaddaqalan performans göstərib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑