İdman · Teleqraf

"Slaviya"nın baş məşqçisi: Düşünürdüm ki, qələbə üçün kifayət qədər şansımız var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Slaviya"nın baş məşqçisi: Düşünürdüm ki, qələbə üçün kifayət qədər şansımız var xəbəri üçün şəkil

BAKI, 13 oktyabr. TELEQRAF

"Oyunla bağlı yanıldıq. Xüsusən də birinci hissədə. Səbəblər çoxdu. Səhv etməməli idik. 2 ciddi səhvimiz oldu. Çox mənasız qollar buraxdıq. Minimum 2 qol vurmaq şansımız var idi".

Teleqraf xəbər verir ki, bu sözləri "Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski Çempionlar Liqasının Liqa mərhələsinin "Sabah"la oyunundan (2:0) sonra keçirilən mətbuat konfransında söyləyib.

"Biz ciddi təzyiqlə qarşılaşdıq. Çox top itirdik. Lakin ikinci hissədə rəqib yaxşı oyun göstərdi. Bu gün yalnız onu deyə bilərəm ki, rəqib orta sahədə bizdən üstün idilər. Futbolçularım çox üzgündür.

Məğlub olduq. Zəif tərəflərimiz var. Düşünürdüm ki, qələbə üçün kifayət qədər şansımız var. Rəqib hazırda qələbəsini qeyd edir. Cərimə meydançasında baş işlətmək lazımdır".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑