İdman · Axar.az

"Sabah"a buna görə məğlub olduq - Sadilek

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Sabah"a buna görə məğlub olduq - Sadilek xəbəri üçün şəkil

Bilmirəm, mənə elə gəldi ki, yaratdığımız qol imkanlarında bir qədər tələsirdik. Lazımi qədər soyuqqanlı deyildik. Rəqib isə əldə etdiyi imkanlardan yararlandı. Təəssüf ki, biz bu oyunu belə təsəvvür etmirdik.

Axar.az xəbər verir ki, bunu Çexiyanın “Slaviya” klubunun yarımmüdafiəçisi Mixal Sadilek UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Bakıda “Sabah”a 2-0 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.

"Topa çox sahib ola bilmirdik, ən azı birinci hissədə. Yalnız ikinci hissədə, qol buraxdıqdan sonra oynamağa çalışdıq. Amma bu, kifayət etmədi. Bu məğlubiyyət bizi çox məyus edir. Əlbəttə, qələbə qazana bilmədiyimiz hər oyun bizi üzür, amma bu dəfə daha çox. Düşünürəm ki, qol imkanlarımız var idi. Rəqib iki dəfə topu qapı xəttindən çıxardı. Dediyim kimi, çox məyusuq. Onlar imkanlarından yararlandılar, biz isə yox. Bizim göstərdiyimiz oyun kifayət etmədi”, - o söyləyib.

Qeyd edək ki, “Slaviya” Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi ilk iki oyunun hər ikisində məğlub olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑