İdman · Futbolpress.az

ÇL: “Qalatasaray” böyük hesabla uduzdu, “Bavariya” səfərdə xal itirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ÇL: “Qalatasaray” böyük hesabla uduzdu, “Bavariya” səfərdə xal itirdi xəbəri üçün şəkil

UEFA Çempionlar Liqasında II turun ilk oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz “Sabah” Bakıda Çexiyanın “Slaviya” (Praqa) klubunu qəbul edib. Masazır klubu rəqibini 2:0 hesabı ilə məğlub edərək möhtəşəm qələbəyə imza atıb.

Günün digər qarşılaşmalarında “Barselona” səfərdə “Qalatasaray”ı (4:1), “Arsenal” öz evində “Lill”i (3:0), “Atletiko” (Madrid) isə “Mançester Yunayted”i (2:0) darmadağın edib.

İtaliya “nəhəng”lərindən “İnter” (Milan) öz meydanında “Brügge”yə 3:4 hesabı ilə uduzub. “Napoli” isə səfərdə “Vilyarreal”a məğlub olub (1:3).

“Bavariya” Norveçdə “Vikinq”lə dramatik heç-heçəyə razılaşıb (3:3). “Sportinq” səfərdə “Lans”ı 2:0, “Leypsiq” isə öz evində PSV-ni 1:0 hesabı ilə üstələyib.

Qeydə alınan nəticələr:

UEFA Çempionlar Liqası

II tur

Sabah (Azərbaycan) – Slaviya (Praqa, Çexiya) 2:0

Qollar: Kahim Parris, 49, Coy-Lens Mikels, 88

Lans (Fransa) – Sportinq (Portuqaliya) 0:2

Qollar: Luis Xavyer Suares, 22, İssa Dumbiya, 74

Arsenal (İngiltərə) – Lill (Fransa) 3:0

Qollar: Yurrien Timber, 64, Ebereçi Eze, 67, Bukayo Saka, 71

Atletiko (Madrid, İspaniya) – Mançester Yunayted (İngiltərə) 2:0

Qollar: Pablo Barrios, 1, Ademola Lukman, 79

Qalatasaray (Türkiyə) – Barselona (İspaniya) 1:4

Qollar: Aleksey Batrakov, 28 – Joao Kanselo, 43, Fermin Lopes, 50, Entoni Qordon, 53, Karim Adeyemi, 65

İnter (Milan, İtaliya) – Brügge (Belçika) 3:4

Qollar: Lautaro Martines, 44, 81, Anje-Yoan Bonni, 90+3 – Nikolo Tresoldi, 30 (pen.), 63, 74, Romeo Vermant, 87

Leypsiq (Almaniya) – PSV (Niderland) 1:0

Qol: Brayan Qruda, 75

Vikinq (Norveç) – Bavariya (Almaniya) 3:3

Qollar: Canni Stensness, 2, Peter Kristiansen, 38, Herman Yohan Haugen, 90 – Harri Keyn, 54 (pen.), 60, Luis Dias, 71

Vilyarreal (İspaniya) – Napoli (İtaliya) 3:1

Qollar: Jorj Mikautadze, 23, Santyaqo Muriño, 26, Tani Oluvaseyi, 86 – Amir Rrahmani, 8

Bu gün keçirilən oyunlardan sonra turnir cədvəli aşağıdakı kimidir:

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑