"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında mühüm fikirlər səsləndirib. Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Biz oyuna təzyiqlə başladıq. Rəqibi yaxşı analiz etmişdik. İlk 20-25 dəqiqə ərzində topa daha çox sahib olan tərəf idik. Lakin qarşılaşmanın irəliləyən dəqiqələrində topa sahib olma nisbəti bərabərləşdi. "Slaviya" fiziki cəhətdən çox güclü komandadır. Bu cür klublara qarşı oynayarkən, onların müdafiədəki boşluqlarını tapmaq çətin olur. İkinci yarıda isə artıq boşluqları tapa bildik və bunun nəticəsində qol vurduq. Bəzi vaxtlarda bəxtimiz də gətirirdi. Öz şansımızı gözlədik və ikinci qolu vurduq. Çox sevinirəm ki, futbolçularım bütün tapşırıqları layiqincə yerinə yetirdilər. "Sabah" möhtəşəm nəticəyə imza atdı".
Mətləb






