İdman · Azxeber.com

'Atletiko' - 'Mançester Yunayted' matçı bir dəqiqəlik sükutla başlayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Atletiko' - 'Mançester Yunayted' matçı bir dəqiqəlik sükutla başlayacaq xəbəri üçün şəkil
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin II turunda keçiriləcək "Atletiko Madrid" - "Mançester Yunayted" matçı bir dəqiqəlik sükutla başlayacaq.
Bu barədə Madrid klubunun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Bu addım "Atletiko Madrid"in kapitanı Kokenin anası Ana Merodio Borxanın və klubun gənclər komandasının sabiq məşqçisi Borxe Resurreksyonun vəfatı ilə əlaqədardır.
Ağır itki səbəbindən Koke matçın iştirak ərizəsinə daxil edilməyib.
Xatırladaq ki, Çempionlar Liqasının I turunda "Mançester Yunayted" öz meydanında "Sabah"ı 4:0 hesabı ilə məğlub edib. "Atletiko Madrid" isə səfərdə "Liverpul"a 1:2 hesabı ilə uduzub.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑