İdman · News24.az

"Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski: "Sabah"la oyunda mənasız qollar buraxdıq"

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski: "Sabah"la oyunda mənasız qollar buraxdıq" xəbəri üçün şəkil

"Slaviya" "Sabah"la oyunda mənasız qollar buraxıb.

News24.az xəbər verir ki, bunu Çexiya təmsilçisi "Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"İlk hissədə səhvlərə qol verdik. Baxmayaraq ki, fasiləyə qədər hesab açılmamışdı. Təbii ki, məğlubiyyətin səbəbləri çoxdur. Düşünürəm ki, bu cür matçlarda səhvlərə yol verməməliyik. Hər iki qolda xətalara yol verdik. Sözün açığı, mənasız qollar buraxdıq. Hətta, bizim özümüzün iki qol vurmaq üçün real şanslarımız var idi. Təəssüf ki, biu baş vermədi. Rəqib komanda bizə təzyiq göstərirdi və biz top itkilərinə yol verirdik. Lakin ikinci hissədə "Sabah" üstünlüyü ələ aldı. Onlar orta xətdə bizdən üstün idilər. Futbolçularımız məğlubiyyətə görə üzgündürlər".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan "Sabah" - "Slaviya" oyunu Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑