İngiltərə Premyer Liqasında doqquzuncu turun ən yaxşı futbolçusu müəyyənləşib. Bu ada “Çelsi”nin yarımmüdafiəçisi Romeo Laviya layiq görülüb.
İdman.Biz Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, belçikalı futbolçu azarkeşlərin səsverməsində 35 faiz səs toplayaraq digər beş namizədi qabaqlayıb.
Laviya “Çelsi”nin “Mançester Yunayted” üzərində 2:0 hesablı qələbə qazandığı görüşdə həm müdafiədə, həm də hücumların qurulmasında fərqlənib.
Yarımmüdafiəçi matç ərzində 23 müdafiə hərəkəti edib, 14 dəfə topu geri qaytarıb və rəqibin müdafiə xəttini yaran 16 ötürmə verib. O, ikili mübarizələrin 78 faizində qalib gəlib.
Laviya həmçinin “Mançester Yunayted”in futbolçusu Brayan Mbeumodan topu alaraq Morqan Rocersə ötürmə verib. Sonuncu fərdi reydini qolla tamamlayıb.
Qeyd edək ki, Laviya cari mövsüm bu mükafatı qazanan dördüncü “Çelsi” futbolçusudur. Daha əvvəl Koul Palmer birinci, Cordan Henderson altıncı, Pedro Neto isə yeddinci turun ən yaxşısı seçilib.


.jpg)


