İdman · İdman.biz

Mourinyo “Mançester Siti”nin işi barədə: “Yekun qərar veriləndə 80 yaşım olacaq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mourinyo “Mançester Siti”nin işi barədə: “Yekun qərar veriləndə 80 yaşım olacaq” xəbəri üçün şəkil

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo “Mançester Siti”nin İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozması ilə bağlı aparılan araşdırmaya münasibət bildirib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis “Corriere dello Sport” nəşrinin direktoru İvan Dzadzaroni ilə söhbətində prosesin uzun sürməsinə ironik yanaşıb.

“Mən buna bir qədər gülməyi üstün tuturam. Düşünürəm ki, nə vaxtsa yekun qərar veriləcək. Amma sənin də, mənim də artıq 60 yaşımızı keçib”, - deyə Mourinyo bildirib.

O, məhkəmə prosesinin hələ uzun müddət davam edə biləcəyini vurğulayıb:

“Yekun qərarı görəcək qədər yaşasaq, bəxtimiz gətirmiş olacaq. İndi bir qərar veriləcək, sonra apellyasiya şikayəti, ardınca daha bir apellyasiya... Bütün bunlar başa çatanda mənim 80 yaşım olacaq”.

Qeyd edək ki, daha əvvəl müstəqil komissiya “Mançester Siti”ni irəli sürülən ittihamların əksəriyyəti üzrə təqsirli bilib. İngiltərə klubu isə qayda pozuntularını rədd edərək qərardan apellyasiya şikayəti verib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑