İdman · İdman.biz

“Lans” geridönüşlə qalib gəldi, liderlərə yaxınlaşdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Lans” geridönüşlə qalib gəldi, liderlərə yaxınlaşdı xəbəri üçün şəkil

Fransa Liqa 1-in səkkizinci turunda “Lans” doğma meydanda “Paris”i 2:1 hesabı ilə məğlub edərək turnir cədvəlinin yuxarı pillələrinə yaxınlaşıb.

İdman.Biz xəbər verir ki, “Bollar-Delelis” stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıblar. Luka Koleoşo 45+2-ci dəqiqədə Lassin Sinayokonun ötürməsindən sonra fərqlənib.

İkinci hissədə meydan sahibləri oyunun gedişini dəyişiblər. Florian Toven 63-cü dəqiqədə təxminən 25 metrdən vurduğu zərbə ilə hesabı bərabərləşdirib. 83-cü dəqiqədə isə onun ötürməsindən sonra Torqan Hazard qələbə qolunu vurub.

Liqa 1-də 300-cü oyununu keçirən Toven mövsümdə dördüncü qoluna imza atıb. Fransa millisinin sabiq futbolçusu çempionatda məhsuldar ötürmələrinin sayını yeddiyə çatdırıb. Hazard isə “Lans”ın heyətində ilk qolunu vurub.

Bu nəticə ilə ardıcıl üçüncü qələbəsini qazanan “Lans” 13 xalla altıncı pilləyə yüksəlib və hazırda turnir cədvəlinin liderindən cəmi bir xal geri qalır.

Qarşılaşmadan əvvəl üçüncü pillədə qərarlaşan “Paris” isə 14 xalda qalıb və dördüncü yerə enib. Paytaxt təmsilçisi qələbə qazansaydı, turnir cədvəlinin vahid liderinə çevriləcəkdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑