İdman · İdman.biz

Karvaxal: “Real Madrid”də iş davaya qədər gedib çıxırdı”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Karvaxal: “Real Madrid”də iş davaya qədər gedib çıxırdı” xəbəri üçün şəkil

“Real Madrid”in sabiq kapitanı Dani Karvaxal komandada çıxış etdiyi illər ərzində futbolçular arasında dəfələrlə ciddi münaqişələrin şahidi olduğunu, bəzi hallarda isə bu qarşıdurmaların əlbəyaxa davaya çevrildiyini söyləyib.

İdman.Biz xəbər verir ki, 34 yaşlı müdafiəçi "El Larguero" proqramına müsahibəsində ötən mövsüm Federiko Valverde ilə Orelyen Tçuameni arasında baş vermiş insidentə münasibət bildirib.

Həmin vaxt futbolçular arasında qarşıdurma yaşanıb və nəticədə uruqvaylı oyunçu başından zədə alıb. “Real Madrid” rəhbərliyi hər iki futbolçunu cərimələyib.

Karvaxal hadisəni belə şərh edib:

“Xeyr, bu, elə də ciddi hadisə deyildi. Mən uzun illər “Real Madrid”də çıxış etmişəm və deyə bilərəm ki, bəzən iş hətta əlbəyaxa davaya qədər gedib çıxırdı. Ancaq bunun heç bir ciddi nəticəsi olmurdu”.

Madrid klubunun sabiq kapitanını daha çox narahat edən isə münaqişə barədə məlumatın qısa müddətdə ictimaiyyətə sızması olub.

“Bu vəziyyətdə ən qəribə məqam məlumatın sızmasıdır. Cəmi yarım saat sonra xəbər mətbuatda yayıldı. Əminəm ki, soyunub-geyinmə otağında baş verən hər şey komandanın daxilində qalmalıdır”, - deyə Karvaxal vurğulayıb.

Xatırladaq ki, 34 yaşlı futbolçu hazırda “Xetafe”də çıxış edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑