İdman · Offsideplus.az

Aston Villa Fənərbağçanın cinah hücumçusunu istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Aston Villa Fənərbağçanın cinah hücumçusunu istəyir xəbəri üçün şəkil
"Aston Villa" "Fənərbağça"nın cinah hücumçusunu istəyir

İngiltərənin "Aston Villa" klubu transfer çalışmalarına başlayıb.

Offsideplus.az xəbər verir ki, onlar "Fənərbağça"nın istedadlı vingeri Oğuz Aydın ilə ciddi şəkildə maraqlanmağa başlayıb.

Əldə edilən məlumatlara görə, Premyer Liqa təmsilçisinin nümayəndələri 25 yaşlı futbolçunun oyunlarını, o cümlədən son dövrlərdə baş tutan vacib matçları (çempionat və avrokubok qarşılaşmalarını) canlı izləyərək məlumat toplayıblar.

 "Aston Villa" rəhbərliyinin qarşıdakı qış transfer pəncərəsində Oğuz Aydın üçün rəsmi addım atmağı nəzərdən keçirdiyi bildirilir.

 Türkiyə milli komandasının da üzvü olan futbolçu cari mövsüm "Fənərbağça"nın heyətində çıxış etdiyi 16 rəsmi matçda 3 qol və 3 asistlə yadda qalıb.

Oğuzun İstanbul klubu ilə bağladığı müqavilə 2028-ci ilin yayına qədər qüvvədədir. Bu səbəbdən "Aston Villa"nın transferi reallaşdırmaq üçün "Fənərbağça" rəhbərliyi ilə ciddi danışıqlar aparmalı olacağı gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑