İdman · Futbolpress.az

Kubokda “qol yağışı”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kubokda “qol yağışı” xəbəri üçün şəkil

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçirilir.

Mübarizəyə bu raunddan qoşulan Premyer Liqa təmsilçiləri büdrəmədi. Böyük hesablı qələbələr qazanan elita klubları çempionat öncəsi yaxşı motivasiya əldə etdi.

Xüsusilə, çempionatda qalibiyyətə həsrət qalan “Araz-Naxçıvan” və “Şəfa” üçün kubok matçları yerinə düşdü. Naxçıvan təmsilçisi “Şimal”a 6:0, bakılılar isə “Ağstafa Gənclərinə” 9:2 hesabıyla qalib gəldi. “Şəfa” ilk hissədə 8 qol vuraraq tarixi nəticəyə də imza atdı.

Kubok oyunları komandaların gücünü müəyyənləşdirmək üçün meyar olmamalıdır. Maraqlı məqam isə odur ki, Premyer Liqa təmsilçiləri rəqiblərinin nisbətdə daha zəif olmasına baxmayaraq, əsas heyətlə meydana çıxdı. Elə bunun da nəticəsində belə böyük hesablar qeydə alındı.

Mərhələnin ikinci günündə 5 oyunda 31 qol vuruldu ki, bu, bəlkə də kubok tarixinin rekordu sayılacaq.

II təsnifata bu gün yekun vurulacaq. “Karvan-Yevlax” “Zəngəzur”u, “Gəncəbasar” isə “Xankəndi”ni sınağa çəkəcək.

Kubokda əsas mübarizə məhz növbəti turdan başlayacaq. Premyer Liqa klublarının üz-üzə gələcəyi mərhələdə kimlərin yoluna davam edəcəyi dekabrda bəlli olacaq.

Şahin Cəfərov

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑