İdman · İdman.biz

Jordi Alba Flikin “Barselona”sında onu ən çox heyran edən məqamları açıqladı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Jordi Alba Flikin “Barselona”sında onu ən çox heyran edən məqamları açıqladı xəbəri üçün şəkil

“Barselona”nın sabiq futbolçusu Jordi Alba komandanın baş məşqçisi Hans-Diter Flikin rəhbərliyi altında göstərdiyi inkişafdan danışıb.

İdman.Biz AS-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu La Liqanın onuncu turunda “Real Madrid”lə keçiriləcək El-Klasiko öncəsi Kataloniya təmsilçisinin hazırkı vəziyyətini dəyərləndirib.

Alba almaniyalı mütəxəssisin öz futbol prinsiplərinə sadiq qalmasını və komandanı tədricən daha da gücləndirməsini xüsusi vurğulayıb.

“Flikin ilk ilindən etibarən bu “Barselona”da böyük dəyişiklik baş verdi. Yeni transferlər və akademiyadan əsas komandaya yüksələn futbolçular hesabına çox rəqabətədavamlı heyət formalaşdırılır”, - deyə Alba söyləyib.

Sabiq müdafiəçinin sözlərinə görə, “Barselona”nın üstünlüyü yalnız əsas heyətlə məhdudlaşmır. Komandadakı bütün futbolçular start heyətində meydana çıxmaq potensialına malikdirlər.

Alba Kataloniya təmsilçisinin oyunundan zövq aldığını da gizlətməyib. O, futbolçuların meydanda oynamaqdan həzz almasının komandanın çıxışını daha baxımlı etdiyini düşünür.

Qeyd edək ki, “Barselona” bu gün La Liqanın onuncu turunda “Real Madrid”i qəbul edəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑