Bakı. Trend:
“Barselona” və “Real Madrid” yay transfer pəncərəsində iki futbolçu ilə bağlı fərqli qərarlar qəbul ediblər.
İnsayder Fabrizio Romano “Barselona”nın yayda “RB Leypsiq”in cinah futbolçusu Yan Diomandeni transfer etməyi nəzərdən keçirdiyini bildirib.
Kataloniya klubunun idman direktoru Deku 19 yaşlı futbolçunun oyununu bəyənib. Diomande özü də “Barselona”ya keçməkdə maraqlı olub. Lakin transferin maliyyə şərtləri klub üçün yüksək hesab edildiyindən danışıqlar davam etdirilməyib.
Bundan sonra “Real Madrid” futbolçunun transferi üçün hərəkətə keçib və Diomandeni heyətinə qatıb.
Digər tərəfdən, Dortmund “Borussiya”sı Kərim Adeyemini “Real Madrid”ə təklif edib. Ancaq Madrid klubu almaniyalı futbolçunun transferində maraqlı olmayıb.
Nəticədə Adeyemi üstünlük verdiyi “Barselona”ya keçib.


