İdman · İdman.biz

Əzizli və Süleymanov dünya çempionatının qızıl medalları uğrunda güləşəcəklər - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əzizli və Süleymanov dünya çempionatının qızıl medalları uğrunda güləşəcəklər - FOTO xəbəri üçün şəkil

Bu gün, oktyabrın 25-də Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanadakı “Barıs Arena”da keçirilən dünya çempionatının final görüşlərinə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində Əzizlinin rəqibi iranlı Payam Əhmədi Balutaki olacaq. Süleymanov isə 77 kq-da qızıl medal uğrunda Moldova təmsilçisi Aleksandrin Qutsu ilə qarşılaşacaq.

Bu finalların daxil olduğu axşam seansı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Hər iki güləşçimiz artıq ən azı gümüş medalı təmin edib.

Əzizli ötən gün yarımfinalda gürcüstanlı Vaxtanq Loluanı 5:1, Süleymanov isə iranlı Əli Oskunu 2:0 hesabı ilə məğlub edib.

Səhər seansı Bakı vaxtı ilə saat 09:30-da start götürəcək. Bu gün Azərbaycanın daha üç təmsilçisi medal mübarizəsinə qoşulacaq.

Murad Əhmədiyev 97 kq-da təsnifat mərhələsində cənubi koreyalı Çon Bin Kvonla üz-üzə gələcək. Sərxan Məmmədov isə 130 kq-da eyni mərhələdə braziliyalı Gilyerme Diasla qarşılaşacaq.

Ülvü Qənizadə 72 kq-da mübarizəyə 1/8 finaldan başlayacaq. Onun rəqibi təsnifat mərhələsində hindistanlı Karancit Sinq ilə yaponiyalı Rintaro Soqabe arasında keçiriləcək görüşün qalibi olacaq.

Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑