Portuqaliyanın Portiman şəhərində keçirilən veteran cüdoçular arasında Avropa çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub.
Apasport.az xəbər verir ki, M2 yaş kateqoriyasında mübarizə aparan Elçin Məmmədov (-100 kq) bürünc medal qazanıb.
Azərbaycanlı cüdoçu üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gəlib.
Beləliklə, veteran cüdoçularımızın qitə çempionatında qazandıqları medalların sayı 4-ə çatıb. Daha əvvəl Fərhad Rəcəbli (M8, -90 kq) qızıl, Elşən Kərimov (M4, -60 kq) və Babək Hacıyev (M5, -60 kq) isə gümüş medal əldə ediblər.





