İdman · İdman.biz

Azərbaycan Basketbol Liqasında bu gün iki oyun keçiriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Basketbol Liqasında bu gün iki oyun keçiriləcək xəbəri üçün şəkil

Azərbaycan Basketbol Liqasının (ABL) dördüncü turunda bu gün “Neftçi” və “Gəncə” komandaları üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

Günün digər oyununda “LANDAU Lions” və “Sumqayıt” komandaları görüşəcəklər. Bu matçın start fiti saat 18:00-da səslənəcək.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Naxçıvan” “Sabah”ı 88:83, “Ordu” isə NTD-ni 102:71 hesabı ilə məğlub edib.

Beləliklə, bu gün keçiriləcək iki görüşlə Azərbaycan Basketbol Liqasında dördüncü tura yekun vurulacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑