İspaniyada daha bir futbolçunun evini qarət etmək cəhdi olub.
Publika.az xəbər verir ki, hadisə Sevilya şəhərinin kənarındakı Bormujos bələdiyyəsində baş verib.
“Diario de Sevilla” qəzetinin məlumatına görə, ötən şənbə günü komandanın “Barselona”ya 2:5 hesabı ilə uduzduğu oyun zamanı bir neçə maskalı şəxs “Real Betis”in hücumçusu Troy Parrottun evinə girib.
Təhlükəsizlik kameralarının görüntülərində hücum edənlərin binaya girib-çıxdığı görünür, lakin onlar heç nə götürməyiblər. Mülki Qvardiya araşdırma aparır.
Xatırladaq ki, oktyabrın 14-də naməlum şəxslər Parrotun komanda yoldaşı Antoninin evini qarət etmişdilər. Bir həftə sonra isə “Sevilya”nın keçmiş qapıçısı Serxio Rikonun qarət edilməsi xəbəri yayıldı.



