UFC-nin yüngül çəki dərəcəsində çempionu İslam Maxaçev braziliyalı döyüşçü Karlos Pratesin onu qorxaq adlandırmasına münasibət bildirib. Maxaçev bildirib ki, "Mən indicə səni beş raund oktaqonda qovan adamı məğlub etmişəm. Sus və məşq et. Sən mənim səviyyəmdə deyilsən. Tezliklə görüşə bilərik. Bəlkə də".
Offsideplus.az xəbər verir ki, İslam Maxaçev növbəti döyüşünün vaxtı ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, "Əsl iddiaçının kim olduğunu müəyyən etdikdən dərhal sonra geri dönəcəyik". Qeyd edək ki, UFC Maxaçev və Prates arasında döyüşü 30 yanvar tarixində UFC 336-da təşkil etməyə çalışsa da, İslam bu tarixə razı olmayıb. İndi Prates müvəqqəti kəmər uğrunda Maykl Moraleslə qarşılaşacaq. UFC prezidenti Dana Uayt isə Maxaçevin ildə bir dəfə döyüşməsindən narazılığını bildirib və bunun divizionun inkişafına mane olduğunu vurğulayıb.



