İdman · Offsideplus.az

Dana Uayt İslam Maxaçevin fəallığından narazıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dana Uayt İslam Maxaçevin fəallığından narazıdır xəbəri üçün şəkil
Dana Uayt İslam Maxaçevin fəallığından narazıdır

UFC prezidenti Dana Uayt İslam Maxaçevin döyüş tezliyindən narazılığını bildirib. O, qeyd edib ki, Maxaçev adətən ildə bir dəfə döyüşür və bu, yüngül çəki dərəcəsinin inkişafına mane olur.

Offsideplus.az xəbər verir ki, Uayt bu barədə UFC 333-dən sonra keçirilən mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Maxaçev yanvar ayında döyüşməli idi, lakin yalnız Ramazandan sonra qəfəsə çıxmaq istədiyini bildirib. "Divizionu ləngitmək olmaz, onu irəli aparmaq lazımdır. Buna görə də müvəqqəti kəmər döyüşünün keçirilməsi məntiqlidir", – deyə Uayt vurğulayıb. Qeyd edək ki, UFC artıq 30 yanvar tarixində Toronto şəhərində keçiriləcək UFC 336 turnirində Karlus Prates və Maykl Morales arasında müvəqqəti kəmər uğrunda döyüşü elan edib. İslam Maxaçev isə bu barədə belə deyib: "Prates yanvarda Moraleslə döyüşəcək. Çoxlu iddiaçı var. Kim daha güclüdür, kim kəmərə layiqdir, bunu müəyyən etməliyik".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑