Ölkə.az xəbər verir ki, turun son günündə iki oyun keçiriləcək.
Günün ilk matçında “İmişli” “Şamaxı”nı qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək görüşün baş hakimi Rauf Cabbarov olacaq.
Hazırda “İmişli” 7 xalla turnir cədvəlinin 9-cu, “Şamaxı” isə 13 xalla 7-ci pilləsində qərarlaşıb.
Turun mərkəzi qarşılaşmasında isə “Sabah” “Qarabağ”la üz-üzə gələcək. Yenilənmiş “Dalğa Arena”da keçiriləcək oyunu Rəşad Əhmədov idarə edəcək.
Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” 19 xalla turnir cədvəlinə başçılıq edir. Qurban Qurbanovun komandası isə 17 xalla 3-cü yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Qəbələ”yə (1:2), “Şəfa” “Kəpəz”ə (1:2) məğlub olub. “Zirə” “Sumqayıt”ı 3:2 hesabı ilə üstələyib. “Neftçi” – “Turan Tovuz” matçı isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Azərbaycan Premyer Liqası
IX tur
25 oktyabr
15:00. “İmişli” – “Şamaxı”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Yevlax şəhər stadionu
18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Dalğa Arena”




