İtaliyanın “İnter” klubuna məxsus olan və hazırda “Kalyari”də icarə əsasında çıxış edən Yanis Massolin Əlcəzair millisinin diqqətini cəlb edib. Lakin futbolçunun milli komandanı təmsil etməsi üçün tələb olunan inzibati prosedurları hələ tamamlamaması onun yığmaya dəvətini gecikdirə bilər.
Publika.az xəbər verir ki, Fransanın “Foot Mercato” nəşrinin məlumatına görə, Əlcəzair millisinin baş məşqçisi İbrahim Həmdani komandanın heyətini gücləndirmək üçün yeni futbolçuları nəzərdən keçirir. Belə namizədlərdən biri də 24 yaşlı yarımmüdafiəçi Massolindir.
Boyu 1,97 metr olan futbolçu fiziki gücü, çevikliyi və topla davranış bacarığı ilə seçilir. Əlcəzair Futbol Federasiyasının onu Belçikada çıxış etdiyi dövrdən izlədiyi bildirilir.
Bununla belə, Massolinin Əlcəzair millisində oynamaq hüququ ilə bağlı rəsmiləşdirmə prosesi hələ başa çatmayıb. Bu səbəbdən onun 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində noyabrın 14-də və 17-də Toqo ilə keçiriləcək oyunlarda meydana çıxması ehtimalı aşağı qiymətləndirilir.
Əgər sənədləşmə prosesi vaxtında tamamlanmasa, Əlcəzair yığması gənc yarımmüdafiəçidən bu oyunlarda yararlana bilməyəcək.



