İtaliyanın “İnter” futbol komandasının zədəli oyunçularının meydana qayıdacağı təxmini tarixlər məlum olub.
İdman.Biz İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisinin beş futbolçusu hazırda zədə səbəbindən komandaya kömək edə bilmir.
Müdafiəçi Benjamen Pavar və yarımmüdafiəçi Kertis Consun bərpa prosesi daha sürətlə gedir. Hər iki futbolçunun noyabrın 3-də UEFA Çempionlar Liqasında Niderlandın “Feyenoord” komandasına qarşı keçiriləcək görüşə yetişmək ehtimalı var.
Con Stounzun isə noyabrın 8-də “Komo” ilə A Seriyası matçında meydana qayıtması planlaşdırılır. İngiltərəli müdafiəçi zədəsini tam sağaltmaq üçün fərdi proqram əsasında bərpa prosesini davam etdirir.
Komandanın kapitanı Lautaro Martines və braziliyalı Luis Enrikenin vəziyyəti isə daha ciddidir. Hər iki futbolçunun noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra sıraya dönəcəyi gözlənilir. Onların noyabrın 22-də “Atalanta” ilə qarşılaşmada iştirak etməsi nəzərdə tutulur.




