İspaniya La Liqasının 2026/2027 mövsümünün 11-ci turunda "Real Madrid" səfərdə "Rasinq"i 0:3 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, Santanderdəki "Kampas de Sport de El-Sardinero" stadionunda keçirilən qarşılaşma Madrid təmsilçisinin qələbəsi ilə başa çatıb.
Matçın 11-ci dəqiqəsində Kilian Mbappe penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 21-ci dəqiqədə Cud Bellinqem fərqi iki topa çatdırıb. 36-cı dəqiqədə isə Yan Diomande üçüncü qolu vurub.
72-ci dəqiqədə VAR görüntülərinə baxıldıqdan sonra "Real Madrid"in qapısına təyin edilən penalti ləğv olunub.
Bu qələbədən sonra "Real Madrid" xallarının sayını 27-yə çatdırıb. Komanda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və lider "Barselona"dan üç xal geri qalır. Aktivində 11 xal olan "Rasinq" isə 16-cı yerdədir.
Bizim.Media


