Bakı, 1 noyabr, AZƏRTAC İngiltərə Premyer Liqasının doqquzuncu turunda “Arsenal” səfərdə “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.AZƏRTAC xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüşdə yeganə qolu 16-cı dəqiqədə Kai Haverts vurub.Bu qələbə ilə “Arsenal” 24 xalla turnir cədvəlinin vahid lideri olub. 21 xalı olan “Mançester Siti” ikinci, 15 xalla “Liverpul” isə beşinci pillədə qərarlaşıb.Qeyd edək ki, “Arsenal” 2012-ci ildən sonra ilk dəfə Premyer Liqa çərçivəsində “Enfild”də qələbə qazanıb.
"Qalatasaray"ın vitse-prezidenti Abdullah Kavukçu klubun idarə heyətindəki vəzifəsindən istefa verib.
Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, o, qərarını oktyabrın 27-də keçirilən iclasda klubun ikinci prezidenti Metin Öztürklə yaşadığı mübahisə ilə əlaqələndirib.
Kavukçu hadisənin, xüsusilə sosial şəbəkələr...