İdman · Apasport.az

Cüdoçumuz olimpiya çempionu oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cüdoçumuz olimpiya çempionu oldu xəbəri üçün şəkil

Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalına sahib çıxıb.

Apasport.az xəbər verir ki, buna cüdoçu İbrahim Talıbov nail olub.

55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda xorvatiyalı Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına Dakar-2026-da ilk qızıl medalı qazandırıb.

Qeyd edək ki, 1/4 final mərhələsindən mübarizəyə qoşulan Talıbov ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı məğlub edib.

Noyabrın 13-dək davam edəcək yarışda Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑