“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Mercedes”in italiyalı sürücüsü Andrea Kimi Antonellinin 2026-cı il “Formula 1” mövsümündə vaxtından əvvəl dünya çempionu olmasını şərh edib.
İdman.Biz xəbər verir ki, Ferstappen gənc pilotun uğurundan qürur duyduğunu bildirib.
“Bu, həqiqətən inanılmazdır. O, necə də möhtəşəm mövsüm keçirdi. Üstəlik, belə gənc yaşda buna nail olmaq olduqca təsiredicidir. Bütün komandanın onunla birlikdə bu uğuru qeyd etməsini görmək xoşdur. Ailəsi də buradadır. Əminəm ki, bu, onun üçün çox duyğusal gündür. Mən onunla həqiqətən fəxr edirəm”, – deyə dördqat dünya çempionunun sözlərini “Motorsport” nəşri sitat gətirib.
Qeyd edək ki, 29 yaşlı Ferstappen Meksika Qran-prisində qalib gəlib. 20 yaşlı Kimi Antonelli finişə üçüncü çataraq mövsümün bitməsinə əvvəlcədən çempionluğunu təmin edib. İkinci yeri isə “Ferrari”nin 41 yaşlı britaniyalı pilotu Lüis Hemilton tutub.




