Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasında 18 ildən sonra ilk dəfə hesabda geri düşdüyü oyunda qələbə qazanıb. İstanbul təmsilçisi Liqa mərhələsinin dördüncü turunda İngiltərənin “Liverpul” komandasını 3:2 hesabı ilə məğlub edib.
İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, “Fənərbağça” sonuncu dəfə 2008-ci il aprelin 2-də Çempionlar Liqasında ilk qolu buraxmasına baxmayaraq, qalib gəlmişdi. Həmin vaxt İstanbul klubu İngiltərənin “Çelsi” komandasını məğlub etmişdi.
O vaxtdan bəri Türkiyə təmsilçisi Çempionlar Liqasında rəqibin hesabı açdığı yeddi qarşılaşmanın heç birində geridönüş edərək qələbə qazana bilməmişdi.
“Liverpul” da bu məğlubiyyətlə uğurlu seriyasını başa vurub. İngiltərə klubu 2025-ci ilin yanvarından bəri Çempionlar Liqasında hesabı ilk açdığı oyunlarda məğlub olmurdu. Mersisaydlılar sonuncu dəfə belə vəziyyətdə Niderlandın PSV komandasına uduzmuşdular.
“Fənərbağça” ilə qarşılaşmaya qədər “Liverpul” hesabı açdığı ardıcıl səkkiz oyunda məğlubiyyətlə üzləşməmişdi.
Bununla belə, İngiltərə təmsilçisi cari mövsüm Çempionlar Liqasında qol vurduğu oyunların sayını dördə çatdırıb.
“Liverpul”un yarımmüdafiəçisi Trey Nyoni isə İstanbulda 96 ötürmə yerinə yetirib. Bu, cari mövsüm Çempionlar Liqasında klubun bir futbolçusunun bir oyunda qeydə aldığı ən yüksək göstəricidir.




