UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda “Qalatasaray”la “Barselona” arasında keçiriləcək qarşılaşma Türkiyə futbolu tarixinin ən gəlirli oyununa çevrilə bilər.
İdman.Biz “The Touchline”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bilet satışından və klub atributlarının satışından bir oyun günü ərzində təxminən 5 milyon dollar gəlir əldə etməyi gözləyir.
Məlumata görə, qarşılaşmaya bəzi biletlərin qiyməti 1520 dollara (təxminən 1400 avro) çatıb. Buna baxmayaraq, azarkeşlər bütün biletləri matçın başlamasına xeyli qalmış alıblar.
Gözlənilir ki, “Qalatasaray”ın bu oyundan əldə edəcəyi gəlir Türkiyə klub futbolu tarixində rekord göstərici olacaq.
Qeyd edək ki, “Qalatasaray” – “Barselona” matçı bu gün İstanbulun 52 mindən çox tamaşaçı tutumuna malik “RAMS Park” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





