İdman · İdman.biz

Azərbaycanın iki güləşçisi U-23 dünya çempionatında 1/4 finala yüksəlib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın iki güləşçisi U-23 dünya çempionatında 1/4 finala yüksəlib xəbəri üçün şəkil

ABŞ-nin Las-Veqas şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycanın yunan-Roma güləşi üzrə təmsilçiləri çıxışlarını davam etdirirlər.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Elmir Əliyev polşalı Olivye Tomaş Skşipçakı texniki üstünlüklə - 8:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

72 kq çəkidə çıxış edən Fərid Xəlilov da uğurlu nəticə göstərib. O, Özbəkistan təmsilçisi Şahzod Kuçkorova 4:1 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

82 kq çəki dərəcəsində Elmin Əliyev əvvəlcə macarıstanlı Sabolç İştvan Sinayı 5:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Lakin bu mərhələdə İsveç təmsilçisi Aleksander Mikael Yohanssona gərgin mübarizədə 2:3 hesabı ilə uduzub.

67 kq çəkidə mübarizə aparan Məhəmməd Şükürzadə isə 1/8 finalda türkiyəli Azat Sarıyara 1:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

97 kq çəki dərəcəsində çıxış etməli olan İsmayıl Rzayev zədə səbəbindən yarışdan çəkilmək məcburiyyətində qalıb.

Beləliklə, Elmir Əliyev və Fərid Xəlilov dünya çempionatında yarımfinala yüksəlmək uğrunda mübarizəni davam etdirəcəklər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑