İdman · Publika.az

Hakimə hücum cəhdindən sonra onu ağır cəza gözləyir

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hakimə hücum cəhdindən sonra onu ağır cəza gözləyir xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun portuqaliyalı futbolçusu Danilo Pereyra hakimlə yaşadığı insidentə görə dörd oyunluq diskvalifikasiya ilə üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı Pro Liqasının səkkizinci turunda “Əl-İttihad” “Əl-Hilal”a 2:3 hesabı ilə məğlub olub. Qarşılaşmanın final fitindən sonra gərginlik yaşanıb. “Əl-İttihad”ın bəzi futbolçuları baş hakim Xalid əl-Turaysın qərarlarına etiraz ediblər. İnsident zamanı diqqət çəkən oyunçulardan biri də Danilo Pereyra olub.

Hüquqşünas Fəhd əl-Kuhayz “Əl-Müntəsaf” proqramında hadisəni şərh edərkən futbolçuların hakimə bu şəkildə etiraz etməsini qəbuledilməz davranış kimi qiymətləndirib. O, Pereyranın hakimə qarşı hərəkətlərinin hücum cəhdi kimi dəyərləndirilə biləcəyini bildirib.

Hüquqşünasın sözlərinə görə, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam və Etika Komitəsi portuqaliyalı futbolçuya dörd oyunluq cəza verə bilər. Bununla belə, yekun qərar hadisə ilə bağlı araşdırmanın nəticələrindən və komitənin rəsmi mövqeyindən asılı olacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑