İdman · İdman.biz

Azərbaycan və Belarus üzgüçülük federasiyaları memorandum imzalayıb - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan və Belarus üzgüçülük federasiyaları memorandum imzalayıb - FOTO xəbəri üçün şəkil

Azərbaycan Üzgüçülük Federasiyası Belarus Üzgüçülük Federasiyası ilə əməkdaşlıq memorandumu imzalayıb.

İdman.Biz xəbər verir ki, sənədə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Belarus Üzgüçülük Federasiyasının prezidenti Volha Stsepus imza atıblar.

Memorandum iki ölkədə üzgüçülüyün inkişafına, qarşılıqlı əlaqələrin genişlənməsinə və təcrübə mübadiləsinin güclənməsinə xidmət edəcək.

Tərəflər sənəd çərçivəsində üzgüçülüyün inkişafı və təbliği, idmançıların, məşqçilərin və hakimlərin peşəkarlığının artırılması, birgə təlim-məşq toplanışlarının və yarışların təşkili sahələrində birgə fəaliyyət göstərəcəklər. Metodiki materialların və təcrübənin mübadiləsi, uşaq və gənclərin üzgüçülüyə cəlb olunması, bu idman növünün daha geniş auditoriyaya çatdırılması da memorandumda əksini tapıb.

Federasiyalar bir-birinin təcrübəsindən yararlanmağı planlaşdırırlar. Nəzərdə tutulan təşəbbüslər idmançıların hazırlıq prosesini təkmilləşdirməyə, məşqçi və hakimlərin bilik və bacarıqlarını artırmaq üçün imkanları genişləndirməyə yönəlib.

Memorandumun Azərbaycan və Belarus arasında üzgüçülük sahəsində əlaqələri möhkəmləndirəcəyi, milli federasiyaların qarşılıqlı fəaliyyətini inkişaf etdirəcəyi və beynəlxalq idman əməkdaşlığının genişlənməsinə töhfə verəcəyi gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑