İdman · İdman.biz

Ərdoğanın partiyasından türk dövlətlərindən olan futbolçularla bağlı mühüm açıqlama - yerli status gündəmdə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğanın partiyasından türk dövlətlərindən olan futbolçularla bağlı mühüm açıqlama - yerli status gündəmdə xəbəri üçün şəkil

Türkiyə liqalarında çıxış edən azərbaycanlı futbolçuların statusu dəyişə bilər. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin oyunçularının qarşılıqlı olaraq yerli futbolçu kimi qəbul edilməsi təşəbbüsü irəli sürülüb.

İdman.Biz Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu danışıb.

O bildirib ki, türk dövlətlərinin futbol federasiyaları Türkiyə Futbol Federasiyasının ev sahibliyi ilə bir araya gələrək futbol sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Müzakirə olunan məsələlərdən biri də türk dövlətlərindən olan futbolçuların qarşılıqlı olaraq əcnəbi deyil, yerli statusda çıxış etməsidir.

Bu təşəbbüs rəsmiləşərsə, Türkiyənin müxtəlif liqalarında çıxış edən azərbaycanlı futbolçular da yeni qaydadan yararlana bilərlər. Belə olan halda onların əcnəbi futbolçu limitinə daxil edilməməsi mümkün olacaq.

Türkiyədə çıxış edən azərbaycanlı futbolçular arasında Nəriman Axundzadə, Toral Bayramov, Elvin Yunuszadə və Ozan Can Kökçü də var. Türk dövlətlərinin oyunçularına yerli statusunun verilməsi rəsmiləşərsə, yeni qayda onların da Türkiyə klublarındakı qeydiyyatına təsir göstərə bilər.

Lakin dəyişikliyin nə vaxt qüvvəyə minəcəyi və hansı liqalara şamil olunacağı hələ açıqlanmayıb. Bunun üçün Türkiyə Futbol Federasiyasının müvafiq qaydaları rəsmiləşdirməsi tələb olunur.

Kürşad Zorlu türk dövlətləri arasında futbol əməkdaşlığının inkişafı istiqamətində daha bir layihəyə də toxunub. Onun sözlərinə görə, iki ildən bir Türk Dövlətləri Futbol Kubokunun keçirilməsi planlaşdırılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑