Misli Premyer Liqasının X turunda “Qarabağ” “Qəbələ” ilə heç-heçə edib.
Gununesi.info xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra “Qarabağ” 19 xalla ikinci pillədə qərarlaşıb. 8 xalı olan “Qəbələ” isə 10-cudur.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Turan Tovuz” evdə “Sabah”ı 3:2 hesabı ilə üstələyib. “Araz-Naxçıvan” – “Zirə” matçı isə heç-heçə başa çatıb – 2:2.
Misli Premyer Liqasının X turunda keçirilən “Qarabağ” – “Qəbələ” matçı qolsuz bərabərlikə başa çatıb. Sfera.az xəbər verir ki, oyunun gedişində “Qarabağ”ın futbolçuları Marko Yankoviç və Mateus Silva arasında dava olub. Oyunda fasilədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hər iki futbolçunu əvəz
İordaniyanın paytaxtı Ammanda təşkil olunan gənclər arasında cüdo üzrə Asiya Kubokunda Azərbaycan komandası tarixi uğura imza atıb. Futbolpress.az xəbər verir ki, yarışda cəmi beş idmançı ilə təmsil olunan yığmamızın bütün üzvləri fəxri kürsüyə qalxmağı bacarıblar. Turnirin ilk günündə ölkəmizi layiqincə təmsil edən Gülşən Hüseynova (48 kq) və Ayan Əliyeva (63 kq) bütün rəqiblərini üstələyərək qızıl […]