İdman · Azxeber.com

'Mançester Siti' öz meydanında 'Brayton'a məğlub oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
'Mançester Siti' öz meydanında 'Brayton'a məğlub oldu xəbəri üçün şəkil
İngiltərə Premyer Liqasının IX turunda "Mançester Siti" doğma meydanda "Brayton"a 0:1 hesabı ilə məğlub olub.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, qarşılaşma Mançesterdə yerləşən "Etihad" stadionunda keçirilib.
Oyunda yeganə qolu 11-ci dəqiqədə "Brayton"un yarımmüdafiəçisi Yasin Ayari vurub.
Bu nəticədən sonra "Mançester Siti" 21 xalla turnir cədvəlinin birinci pilləsində qalıb. Eyni xala malik "Arsenal" ikinci, 19 xalı olan "Brayton" isə üçüncü yerdə qərarlaşıb. Qeyd edək ki, "Arsenal"ın ehtiyatda bir oyunu var.
Növbəti turda "Mançester Siti" noyabrın 7-də səfərdə "Nottingem Forest"lə, "Brayton" isə noyabrın 8-də doğma meydanda "Brentford"la qarşılaşacaq.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑