Dünya · Günün Səsi

Britaniya Ukraynaya 10 milyard funt yardım ayıracaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Britaniya Ukraynaya 10 milyard funt yardım ayıracaq xəbəri üçün şəkil

Böyük Britaniya qarşıdakı üç il ərzində Ukraynaya əlavə 10 milyard funt sterlinq (təxminən 13,3 milyard dollar) həcmində maliyyə və hərbi dəstək göstərəcək.

Gununesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Endi Börnhəm ilə telefon danışığının yekunları barədə “Telegram” kanalında məlumat yayıb.

Zelenskinin sözlərinə görə, yardım paketinin 7 milyard funt sterlinqi qarşıdakı üç il ərzində iqtisadi dəstəyə, 3 milyard funt sterlinqi isə Böyük Britaniyanın ixrac maliyyələşdirilməsi imkanlarının genişləndirilməsinə ayrılacaq. Yerdə qalan vəsaitin əsasən Ukraynanın müdafiəsini gücləndirmək üçün zəruri silahların tədarükünə yönəldilməsi nəzərdə tutulur.

Ukrayna Prezidenti Böyük Britaniyaya davamlı dəstəyinə görə təşəkkür edib və qərarı vaxtında atılmış mühüm addım kimi qiymətləndirib.

“Bu, həqiqətən də güclü və çox vaxtında atılmış addımdır. Rusiya Ukraynanın problemləri ilə təkbaşına qalmayacağını görməli və hiss etməlidir”, – Zelenski bildirib.

Gununesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑