“Referenduma gedək, xalq “yox” desə, hakimiyyətdən gedəcəyik” - Mirzoyan
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasını və beləliklə xalqın mövcud hakimiyyətin istefasını istəyib-istəmədiyinin aydınlaşdırılmasını təklif edib.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, nazir bu barədə Milli Məclisdə hökumətlə sual-cavab sessiyası zamanı parlamentin müxalif vitse-spikeri Aram Vardevanyanın sualını cavablandırarkən bildirib.
“Biz Konstitusiya layihəsini təqdim edək, siz parlamentdə onu pislədiyinizi bəyan edin və referenduma gedək. Əgər xalq “yox” desə, biz də hakimiyyətdən gedəcəyik. Pis şey deyirəm? Həll yolu təklif edirəm. Əziz xalq, müxalifətdən bu addımı atmalarını tələb edin. Bizi hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz? Yeganə yol ümumxalq səsverməsidir, qalan bütün variantları artıq sınamısınız”, – deyə Mirzoyan söyləyib.
XİN rəhbəri daha sonra zaldakı Baş nazir Nikol Paşinyana müraciət edərək “Səhv deyirəm, cənab Baş nazir?” deyə soruşub.
Xatırladaq ki, bundan öncə N. Paşinyan parlamentdəki çıxışı zamanı yaxın vaxtlarda yeni Konstitusiya mətninin dərc olunacağını və onun parlamentdə müzakirəyə çıxarılacağını bildirmişdi.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.




