Çexiya Prezidenti Petr Pavel və Finlandiya Prezidenti Aleksander Stubb Ukraynada mümkün sülh danışıqları ilə bağlı ümumavropa mövqeyinin formalaşdırılmasını müzakirə ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə Praqa Qradının mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Stubb və Norveçin baş naziri Yonas Qar Störenin Rusiya Prezidenti Vladimir Putinlə görüşü də müzakirə olunub.
Prezidentlər Ukrayna və Avropa üçün möhkəm təhlükəsizlik təminatlarının vacibliyini vurğulayıb, danışıqların davam etdirilməsini dəstəkləyiblər.





