Dünya · Trend.az

Britaniya az qala bütün atom sualtı qayıqlarını dənizə çıxarıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Britaniya az qala bütün atom sualtı qayıqlarını dənizə çıxarıb xəbəri üçün şəkil

Bakı.Trend:

Böyük Britaniya “Vanguard” tipli dörd atom sualtı qayığından üçünü dənizə çıxarıb.

Bu barədə “The Times” müdafiə qurumundakı mənbəyə istinadən məlumat yayıb. Mənbə yaranmış vəziyyəti “qeyri-adi” adlandırıb.

Nəşrin həmsöhbəti bildirib ki, normal şəraitdə döyüş növbətçiliyində adətən yalnız bir sualtı qayıq olur.

Sualtı qayıqların eyni vaxtda dənizə çıxarılmasının rəsmi səbəbləri açıqlanmır.

Ekspertlərin qiymətləndirməsinə görə, qüvvələrin bölgüsü belə ola bilər: nüvə döyüş başlıqları ilə təchiz edilmiş sualtı qayıqlardan biri planlı döyüş patruluna çıxıb, ikincisi, ehtimal ki, patrul növbəsinin planlı şəkildə dəyişdirilməsinə hazırlaşır, üçüncüsü dəniz sınaqlarında iştirak edir. Dördüncü sualtı qayıq isə həmin vaxt bazada qalaraq texniki xidmətdən keçir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑